Avropa İttifaqı gürcü diplomatlar üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda razılığa gəliblər.
Qərara alınıb ki, diplomatik pasportlara malik Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəliş dayandırılmalıdır.
Məlumata görə, sözügedən tədbir mülki vətəndaşlara cəza tətbiq etmədən aparıcı gürcü siyasətçilərinə təsir etmək məqsədi daşıyır.