Gürcüstan Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

gurcustan-azerbaycanla-ermenistan-arasinda-elde-olunmus-razilasmani-alqislayir
Oxunma sayı: 771

“Gürcüstan Azərbaycan-Ermənistan Sərhəd Delimitasiyası Komissiyasının sərhədlərin delimitasiyası prosesinin başlanmasına dair əldə etdiyi razılaşmanı alqışlayır”.

“Qafqazinfo” xəbər verir ki, bu, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu arasında sülh və etimadın qurulması prosesinə töhfə vermək öhdəliyini təsdiqləyir”, - bəyanatda bildirilib.