Gürcüstanın keçmiş müdafiə naziri saxlanıldı

gurcustanin-kecmis-mudafie-naziri-saxlanildi
Oxunma sayı: 419

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Gürcüstan” məlumat yayıb.

Belə ki, o, oktyabrın 4-də prezident administrasiyasına basqınlara rəhbərlik etməkdə ittiham edilir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Laşa Maqradzenin sözlərinə görə, Axalaya aksiyada iştirak etməsə də, o, evdən internet proqramlarından istifadə edərək onlayn rejimdə liderlik edib. Bu, IP ünvanlarının və internet məlumatlarının dekodlanması ilə təsdiqlənib.