Maşın tibb mərkəzinə çırpıldı - Xəsarət alanlar var

masin-tibb-merkezine-cirpildi
Oxunma sayı: 828

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində olub.

“Chevrolet Equinox” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı Gəncə tibb mərkəzinə çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Həmçinin avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev