“Hər yağış yağanda şəhərlə əlaqəmiz kəsilir” - Video

her-yagis-yaganda-seherle-elaqemiz-kesilir
Oxunma sayı: 680

Xəbər verdiyimiz kimi, Şəkidə sel yolu bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gün yağan leysan nəticəsində Quruçayda yaranan sel Şəkinin Baş Şabalıd kəndini rayon mərkəzi ilə birləşdirən yolu yarasız vəziyyətə salıb.

Sakinlər deyirlər ki, kənddə 150-dən çox ailə, 500-dən artıq sakin var. Hər dəfə yağış yağanda rayonla əlaqə kəsilir:

“Hər yağış yağanda şəhərlə əlaqəmiz kəsilir. Alternativ yolumuz da yoxdur. Bəzən gəlib baxırlar, düzəldib gedirlər. Sonra yağış yağsa, göy guruldasa, yenə əlaqəmiz kəsilir”.

Şəki Rayon İcra Hakimiyyətindən bildirildi ki, yağışlar nəticəsində bəzi kənd yollarının dağılması kəndlərarası yolların qum, lil və çınqılla örtülməsi halları baş verib. Oxud, Cunud, eləcə də Baş Şabalıda gedən yollarda hərəkət bərpa edilib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: