Hacı Mövsüm azadlığa çıxdı - Foto

haci-movsum-azadliga-cixdi
Oxunma sayı: 4975

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədov azadlığa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. M.Səmədovun bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxıldığı bildirilir.

Qeyd edək ki, 2011-ci ildə həbs olunan Hacı Mövsüm 12 il müddətə azadlıqdan məhrum edilmişdi.

M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.