Haldun Dormen vəfat etdi

haldun-dormen-vefat-etdi
Oxunma sayı: 752

Türkiyənin usta teatr sənətçisi Haldun Dormen 97 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda onun oğlu Ömer Dormen sosial mediada paylaşım edib.  

Sənətçi müalicə aldığı xəstəxanada həyatını itirib.

O, uzun illər türk teatrı, kino və televiziya dünyasında aktyor, rejissor, müəllim və dramaturq kimi şöhrət qazanıb.

Son vaxtlar infeksiya səbəbindən xəstəxanada müalicə alırdı və vəziyyəti kritik idi.

Dormen Teatrı kimi əfsanəvi səhnə müəssisələrinin banilərindən olub və çoxsaylı sənətkar yetişdirib.