Türkiyənin məşhur aktyoru Mesut Akustanın başına iş gəlib.
“Qafqazinfo” “Takvim”ə istinadən xəbər verir ki, sənətçinin barmaqları avtomobilin altında qalaraq sınıb.
Belə ki, “Yürek çıkmazı” serialında baş rolu canlandıran Akustanın çəkiliş zamanı dişi yerindən çıxıb. O, həkimə getmək üçün çəkiliş avtomobilinə əyləşib.
Akusta avtomobildən düşəndən sonra müvazinətini itirərək yıxılıb. Maşını idarə edən sürücü isə arxasına baxmadan hərəkət edərək yerə yıxılan aktyorun barmaqlarını əzib. Nəticədə aktyorun 3 barmağı qırılıb. Xəstəxanaya çatdırılan Akustanın barmaqlarına gips qoyulub və o, işə qayıdıb.
Səhhətindəki problemlərə baxmayaraq, işini heç vaxt yarımçıq qoymayan məşhur aktyor serialda kiminləsə dava etmiş kimi göstərilib.
Qeyd edək ki, Məsut Akustan daha əvvəl də çəkiliş zamanı səhhəti ilə bağlı problem yaşamışdı. O, “Teşkilat” serialında oynayarkən evdə insult keçirmişdi.


Son xəbərlər
Son Xəbərlər