Helikopter qəzasına görə matəm elan edildi

helikopter-qezasina-gore-matem-elan-edildi
Oxunma sayı: 2747

Ukraynanın Brovarı şəhərində helikopterin qəzaya uğramasına görə üç günlük matəm elan edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Brovarı şəhərinin meri İqor Sapojko deyib.

Xatırladaq ki, bu gün Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində helikopter qəzaya düşüb. Qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olub.

Həmçinin, Ukrayna Fövqəladə Hallar Nazirliyi bildirib ki, biri uşaq olmaqla, ümumilikdə 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb.