HƏMAS-la münaqişədə 571 israilli hərbçi həlak olub

hemas-la-munaqisede-571-israilli-herbci-helak-olub
Oxunma sayı: 684

Ötən ilin oktyabrından bu günə qədər HƏMAS-la qarşıdurma zamanı İsrail Müdafiə Ordusunun 571 hərbçisi həlak olub. 

“Qafqazinfo” “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb. 

Məlumata görə, ötən gün Xan-Yunis şəhərində döyüşlər zamanı 20 yaşlı hərbçi həlak olub, daha 8 nəfər isə yaralanıb. 

Qeyd edək ki, fevralın 13-ü Qahirədə İsrail və HƏMAS arasında girovların azad edilməsi üçün atəşkəs tətbiq edilməsi ilə bağlı danışıqlar başlayıb. HƏMAS döyüşçüləri 134 israilli girov müqabilində İsrailin həbsxanalardan 1500 fələstinli məhbusu sərbəst buraxmasını tələb edir. Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahu 1 israilli girov müqabilində 3 fələstinli məhbusun azad edilməsi sxeminə razıdır.