Hərbi qulluqçumuz Kəlbəcərdə vəfat etdi - Foto

herbi-qulluqcumuz-kelbecerde-vefat-etdi
Oxunma sayı: 10581

Kəlbəcərdə xidmətdə olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2001-ci il təvəllüdlü Siracov Fətulla Qasım oğlu vəfat edib.

 "Qafqazinfo" xəbər verir ki, vəfat edən əsgərimiz bu gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb. 

Faktı Müdafiə Nazirliyindən "Qafqazinfo"ya təsdiq ediblər.

Qeyd edək ki, Fətulla Siracov Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Emin Səfərov