Hikmət Rəhimovun növbəti uğuru

hikmet-rehimovun-novbeti-uguru
Oxunma sayı: 4514

Aktyor Hikmət Rəhimovun “Çılpaq” filmi növbəti uğurunu qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həmkarı Azər Aydəmir feysbukda bildirib.

Məlumata görə, sözügedən film “Prague Film Awards”da “Ən yaxşı bədii film” kateqoriyasında qalib olub.

Xatırladaq ki, “Çılpaq” filmi daha əvvəl “Best İstanbul” film və sənət festivalında iki nominasiya üzrə qalib olmuşdu.

Qeyd edək ki, dram janrında olan ekran işinin ssenari müəllifi və rejissoru Hikmət Rəhimovdur. Filmdə Əməkdar artistlər Ayşad Məmmədov, Rasim Cəfər, aktyorlar Hikmət Rəhimov, Elşən Əsgərov və başqaları çəkilib.

Onu da qeyd edək ki, H. Rəhimovun son çəkildiyi “Əqrəb mövsümü” serialı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər serialı çox bəyəndiklərini, maraqla izlədiklərini bildiriblər.