“Təbii ki, ətin qiyməti qalxacaq” - Video-Yenilənib

tebii-ki-etin-qiymeti-qalxacaq
Oxunma sayı: 2023

Qəbul edilən yeni qərara əsasən, 2027-ci ildən satışa çıxarılacaq heyvanlar yalnız xüsusi avtomobillərlə daşınacaq.

“Qafqazinfo” xəbər verir ki, qəssablar bu qərarın ətin qiymətinə təsir edəcəyi qənaətindədirlər.

Onların sözlərinə görə, xüsusi avtomobillərlə daşınma baha başa gələcəyi üçün heyvan ətinin bahalaşması da qaçılmaz olacaq.

“Təbii ki, ətin qiyməti qalxacaq. Əlavə xərc yaranacağı üçün qiymətlərə də təsir edəcək”, - qəssablar əlavə edib.

Ətraflı AzTv-nin reportajında:

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”ya bildirilib ki, qərar yalnız ölkəyə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində danışmasına şamildir:

“Daxili bazarda heyvanların hansısa xüsusi nəqliyyat vasitələrində daşınması müzakirə mövzusu deyil”.