Hindistanda Nipah virusundan ilk ölüm hadisəsi qeydə alındı - Peyvəndi yoxdur

hindistanda-nipah-virusundan-ilk-olum-hadisesi-qeyde-alindi
Oxunma sayı: 950

Hindistanda yeni Nipah virusundan ilk ölüm hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda COVID-19 ilə eyni şəkildə ötürülən bu xəstəliyə qarşı peyvənd yoxdur.

Ölüm nisbəti virusun mənşəyinin epidemioloji nəzarət və klinik idarəetmə imkanlarından asılı olaraq 40-75 faiz arasında qiymətləndirilir.

Nipah həm yarasalar, həm də donuzlar tərəfindən ötürülə bilər. İnfeksiya çirklənmiş qida vasitəsilə və ya birbaşa insandan insana baş verə bilir.

Hazırda şəhərdə yüzlərlə insan karantindədir.