Ukraynada şəhərə mümkün hücum təhlükəsi fonunda əhali Kiyev metrosuna yığışıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Insider UA” teleqram kanalında məlumat verib.
“Kiyev metrosunda xaos hökm sürür: stansiyalar o qədər doludur ki, tərpənməyə belə yer qalmayıb”, - məlumatda deyilir.
Kanal Ukrayna paytaxtı sakinlərinin gecəni metroda keçirməyə hazırlaşdıqlarını və çadırlar qurduqlarını bildirir.
Son xəbərlər
Son Xəbərlər