“İran danışıqlarda 11 nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı olması ilə öyünürdü”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”a müsahibəsində deyib.
O qeyd edib ki, İranın yüksəksəviyyəli danışıqları aparanları bu ilin əvvəlində keçirilən danışıqlarda 11 nüvə bombası hazırlamaq üçün kifayət qədər yüksək zənginləşdirilmiş urana malik olduqlarını fəxrlə deyiblər:
“İlk görüşdə onlar utanmadan 60% zənginləşdirilmiş 460 kiloqram urana nəzarət etdiklərini və bunun 11 nüvə bombası yaratmağa kifayət edəcəyini bildirdilər.
İran nümayəndələri hər cür nəzarət protokollarından yayındıqlarına görə qürur duyurdular və nüvə yanacağını zənginləşdirmək üçün hüquqa sahib olduqlarını vurğulayırdılar”.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Cared Kuşner İranla danışıqlara gedərək Tehranın raket proqramını ləğv etməsi və dənizlərdə ABŞ-nin azadlığını təmin etmək məqsədilə müəyyən öhdəliklər götürməsi barədə razılığa gəlməyə çalışıblar:
“Görüşlərdə müsbət rəy əldə etmək mümkün olmadı, amma biz üçüncü görüşdə son cəhdimizi etdik”.
Son xəbərlər
Son Xəbərlər