Hündürmərtəbəliyə bitişik tikili yandı - Video

hundurmertebeliye-bitisik-tikili-yandi
Oxunma sayı: 1517

Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sahəsi 5m² olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25m² sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5p.m. elektrik kabelləri əriyib. 

Yaşayış binası yanğından mühafizə edilib.