Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb yol kənarındakı kanalın üzərindən aşaraq əkin sahəsinə düşüb.
Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Xanım Məmmədli xəsarət alıblar.
Deformasiyaya uğrayan avtomobildə ağır xəsarət alan ər-arvad rayon xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra qadın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov


Son xəbərlər
Son Xəbərlər