Qardaşı “Qarabağ”ın futbolçusunu yanına aparır

qardasi-qarabagin-futbolcusunu-yanina-aparir
Oxunma sayı: 954

“Qarabağ”ın futbolçusu Sami Mmae Kiprə yollana bilər.

“Qafqazinfo” xəbər verir ki, onun xidmətində “Omoniya” maraqlıdır.

Belə ki, Saminin qardaşı Rayan hazırda “Omoniya”nın aparıcı futbolçusudur.

O, qardaşının karyerasının “Dinamo” və “Qarabağ”da istədiyi kimi alınmamasına görə yanına aparmaq istəyir.

Nikosiya klubu özü də Mmaenin xidmətindən yararlanmaq niyyətindədir.

Onlar müdafiə xəttini Sami ilə gücləndirməyə üstünlük verəcək. Qurban Qurbanovun cəzalandıraraq əvəzedici heyətə göndərdiyi Sami mövsümün sonunda “Dinamo”ya (Zaqreb) geri qayıdacaq.