Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, neftimizin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 5,57 % azalaraq 116,05 ABŞ dolları təşkil edib.
Ötən gün neftimiz 122,9 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Son xəbərlər
Son Xəbərlər