5 milyarda yaxın sərvəti olan Radvinski öldü

5-milyarda-yaxin-serveti-olan-radvinski-oldu
Oxunma sayı: 6055

Ukrayna əsilli amerikalı iş adamı və məşhur kontent mübadiləsi platforması olan “OnlyFans”in sahibi Leonid Radvinski 43 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Onun uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir.

L.Radvinski Odessada anadan olsa da, sonradan ailəsi ilə birgə ABŞ-nin Çikaqo şəhərinə köçüb. O, ömrünün son illərini isə Floridada yaşayıb. 

Qeyd edək ki, “Forbes” jurnalı Radvinskinin sərvətini 4,7 milyard dollar olaraq qiymətləndirib.