“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhenin “İstanbulspor”u alacağı ilə bağlı iddialara sözügedən klubun prezidenti Ecmel Faik Sarıalioğlu münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Sarıalioğlu hələ ki belə bir təklif almadıqlarını deyib: “Osimhenin “İstanbulspor”u alacağı ilə bağlı xəbəri gördük. Lakin klub prezidenti olaraq heç bir təklif və ya təşəbbüs olmayıb”.
Qeyd edək ki, bu gün Osimhenin “İstanbulspor” klubunu satın alacağı ilə bağlı məlumat yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər