Erol Köse vəfat etdi

erol-kose-vefat-etdi
Oxunma sayı: 1257

Türkiyəli tanınmış prodüser Erol Köse vəfat edib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun İstanbulda yaşadığı binanın 16-cı mərtəbədəki mənzilindən yıxılaraq öldüyü bildirilib.

Qeyd edək ki, 61 yaşlı E.Köse Türkiyənin ən tanınmış prodüserlərindən biri idi. Onun intihar etdiyi ehtimal olunur. Lakin bununla bağlı hələ ki rəsmi açıqlama verilməyib.