“İcazəniz olsa da, şəxsi maşından istifadə edə bilməzsiniz”

icazeniz-olsa-da-sexsi-masindan-istifade-ede-bilmezsiniz
Oxunma sayı: 7476

“Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”.

“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. O, bu qərarın səbəbini belə izah edib:

“Çünki əvvəlki qadağalarda da gördük ki, portalda adı yerləşdirilmiş şəxslərin fərdi nəqliyyat vasitələrindən istifadəsinə icazə verildiyinə görə, həmin nəqliyyat vasitələri, demək olar ki, günün bütün vaxtlarında şəhərin yollarında hərəkətdə idilər və onları nə vaxt saxlasan, işə gedib-gəldiklərini bildirirdilər. Amma ünvanlara baxanda görürdün ki, getdiyi yer nə iş yerinin, nə də yaşadığı yerin ünvanına uyğundur. Belə halların qarşısının alınması üçün belə bir addım atıldı.

İş yeri evinə yaxın olan və icazə portalında işə-gedib gəlməsi haqqında məlumatı olan şəxslər velosipeddən istifadə edib, piyada gedib-gələ bilər”.