“İddiaçılar Turniri” başlayır - Ən az şans Nicatdadır

iddiacilar-turniri-baslayir
Oxunma sayı: 1594

Bu gün Kanadanın Toronto şəhərində şahmat tacı uğrunda matça vəsiqə əldə etmək üçün təşkil edilən “İddiaçılar Turniri”nə start verilir.

“Qafqazinfo” xəbər verir ki, turnir başlamazdan əvvəl iştirakçıların şanslarına aydınlıq gəlib. Maraqlıdır ki, ən aşağı şans həmyerlimiz Nicat Abasova verilir. Onun qalib olma əmsalı 100-ə bərabərdir.

Fabiano Karuana turnirin favoritidir. Amerikalının qələbəsi üçün əmsal 2.60-a bərabərdir.

“İddiaçılar Turniri” üçün bukmeker kontorlarının əmsalları:

1. Fabiano Karuana – 2,60

2-3. Yan Nepomnyaşı – 5.50

2-3. Əlirza Firuzca – 5.50

4. Hikaru Nakamura – 6.00

5. Rameşbabu Praqnanandha – 9.00

6. Dommaraju Qukeş – 10.00

7. Vidit Santoş – 15.00

8. Nicat Abasov – 100.00

Əlavə edək ki, qalib şahmat üzrə dünya çempionu adı uğrunda Dinq Lirenlə oynamaq hüququ əldə edəcək.