İdmançımız Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazandı

idmancimiz-avropa-birinciliyinde-2-qizil-1-gumus-medal-qazandi
Oxunma sayı: 1126

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. 

“Qafqazinfo” xəbər verir ki, ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U 15 kateqoriyasında mübarizəyə qoşulub. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. 

Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb. Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.