Ermənistanın Armavir vilayət məhkəməsinin hakimi Serj Ruşanyan Bütün Ermənilərin Katolikosu II Qaregin və altı yepiskopun işi üzrə məhkəmə iclaslarının qapalı keçirilməsi barədə vəsatəti rədd edib.
“Qafqazinfo” “Armenia Today”ə istinadən xəbər verir ki, proses açıq keçiriləcək və “YouTube” vasitəsilə canlı yayımlanacaq.
Məhkəmənin qapalı keçirilməsi tələbini zərərçəkmiş kimi tanınan keçmiş keşiş Arman Saroyan qaldırsa da, hakim video və audio yazılışın aparılmasına icazə verib. II Qaregin və digər dini xadimlər iclasa qatılmayıblar.
Katolikosun vəkili Armine Fanyan məhkəməni qeyri-legitim adlandıraraq dövlətin kilsənin daxili idarəçiliyinə qanunsuz müdaxilə etdiyini bildirib.
Qeyd edək ki, II Qaregin və Ali Dini Şuranın üzvləri məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunurlar. Sözügedən cinayət işi Baş nazir Nikol Paşinyanın Katolikosun istefasını tələb etməsindən sonra kilsə ilə hakimiyyət arasında yaranan kəskin qarşıdurma fonunda cərəyan edir.
Son xəbərlər
Son Xəbərlər