İker Munyain 15 ildən sonra komandasını tərk edir

iker-munyain-15-ilden-sonra-komandasini-terk-edir
Oxunma sayı: 1032

İspaniya təmsilçisi “Atletik Bilbao”nun yetirməsi 31 yaşlı İker Munyain komandadan gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, İker “Bilbao”da 15 mövsüm oynayıb. O, komanda ilə birlikdə İspaniya kuboku ilə yanaşı, 2 dəfə ölkə superkubokunu qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2009-cu ildən “Atletik”də çıxış edib.