Ölkəyə 87 kilo narkotik gətirən şəxs tutuldu - Video

olkeye-87-kilo-narkotik-getiren-sexs-tutuldu
Oxunma sayı: 624

Polis tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Neftçalada keçirdiyi tədbirlə əvvəllər məhkum olunmuş rayon sakini Sadiq Ələkbərov saxlanılıb. Onun üzərindən və yaşadığı evin yaxınlığındakı narkotikləri gizlətmək üçün xüsusi olaraq hazırlanmış yarımtikilidən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, S.Ələkbərov “Səid” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Neftçala rayonunda dəniz kənarında əldə edib. O, maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.