İki şəhidimizin övladı dünyaya gəldi

iki-sehidimizin-ovladi-dunyaya-geldi
Oxunma sayı: 2184

Vətən müharibəsində şəhid olan iki hərbçimiz - Anar Yusifov və Kənan Məmmədovun bu gün övladları dünyaya gəlib. Bu barədə “Qafqazinfo”ya şəhidlərin yaxınları məlumat veriblər. 

Belə ki, şəhid Anar Yusifovun qız övladı dünyaya gəlib. Anar Yusifov Ağdam rayonunun Sarıcalı kəndindəndir. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Digər şəhidimiz gizir Kənan Məmmədovun isə oğlu doğulub. Körpənin adını Rüstəm qoyublar.

Kənan Məmmədov müharibənin ilk günü döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Onun üzünü görə bilmədiyi oğlundan başqa bir qız övladı da var.

Gülnar Əliyeva