İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

imislide-toyda-facie
Oxunma sayı: 1275

İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.

Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.