ABŞ Prezidenti Donald Tramp “Google” şirkətinin adını ilk dəfə eşidəndə bunun ona çox gülünc və cəfəng gəldiyini etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, amerikalı lider bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bu adı ilk dəfə eşidəndə dedim ki, siz, yəqin ki, zarafat edirsiniz!'”, – deyə ABŞ Prezidenti gülərək bildirib.
Bununla yanaşı, Tramp ABŞ-nin ən böyük texnologiya şirkətlərinin süni intellekt (AI) sahəsində könüllü özünütənzimləmə haqqında tarixi saziş imzaladığını elan edib. “Ağ Evin Süperintellekt Sazişi” adlanan sənəd qabaqcıl AI modellərinin işlənməsi və istifadəsinə daxili nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Tramp əldə olunmuş razılaşmaları “mənəvi cəhətdən məcburi” adlandırıb. Sənədə “Nvidia”, “OpenAI”, “Anthropic”, “Google”, “xAI” və “Meta” rəhbərləri imza atıblar. Şirkətlər AI sistemlərinin təhlükəsizliyinə nəzarət etmək üçün xüsusi komandalar yaratmaq və müstəqil auditorlar cəlb etmək öhdəliyi götürüblər.
Son xəbərlər
Son Xəbərlər