İndoneziyanın Flores bölgəsində 7,6 bal gücündə güclü zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra 6,2 bal gücündə afterşok da qeydə alınıb.
ABŞ Geoloji Xidməti isə ilkin məlumatında zəlzələnin maqnitudasını 7,7 bal olaraq qiymətləndirib.
Bölgədə sumani xəbərdarlığı elan edilib.
Flores bölgəsi İndoneziyanın yüksək seysmik aktivliyə malik ərazilərindən biridir. Hazırda zəlzələnin yaratdığı mümkün dağıntılar və tələfatla bağlı məlumatlar dəqiqləşdirilir.
Son xəbərlər
Son Xəbərlər