İndoneziyada bir gündə artıq üçüncü zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ölkədə qeydə alınan sonuncu zəlzələnin maqnitudası 5,7 olub. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, İndoneziyada gün ərzində qeydə alınan üçüncü zəlzələdir. Bundan əvvəlki zəlzələlər Flores və Şimali Sumatra bölgəsində baş tutub. Floresdə qeydə alınan zəlzələ 7,6 bal, Şimali Sumatrada baş verən zəlzələ isə 6,4 bal gücündə olub.
Son xəbərlər
Son Xəbərlər