İntihar edən məhbus İlqar Əliyevin kamera yoldaşı idi? - Rəsmi

intihar-eden-mehbus-ilqar-eliyevin-kamera-yoldasi-idi-
Oxunma sayı: 6672

Bakı istintaq təcridxanasında intihar etmiş şəxs bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olmayıb.

“Qafqazinfo” xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Trend-ə verilən məlumata görə, Bakı istintaq təcridxanasında intihar etmiş 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə yayılanlar yalan məlumatlardır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmamış, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilmişdir.