İran yenə “çiçəklər”i işə saldı - Fotolar

iran-yene-cicekleri-ise-saldi
Oxunma sayı: 2648

İran hazırda davam edən müharibə başlayandan bəri ilk dəfə “Saccil” superağır raketindən istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.

İran istehsalı olan bu silahın qiyməti 10 milyon dollardır.

O, maye yanacaqla işləyən “Şahab” ballistik raketlərinin əvəzedicisi kimi bilinir.

Kompozit bərk yanacaqla çalışan “Saccil” “Şahab-3” ortamənzilli ballistik raketindən fərqli olaraq, dəyişən bucaq altında buraxıla bilər.

Hündürlüyü 25 metr olan bu raketin adı farscadan “yetişən çiçək” mənasını verir.

Bu ad ona səmada buraxdığı izlərinin çiçəyə bənzədiyi üçün qoyulub.

İranın hərbçilərinin fikrincə, raket İsrailin hücum etməyə çalışdığı nüvə məntəqəsi (red.- Natzan) ilə Təl-Əviv arasındakı məsafəni 7 dəqiqə ərzində qət edə bilir. 2000 kilometr uçuş məsafəsinə malikdir.

O, məsafə qət etməsindəki sürətinə görə İran və dünyanın ən sürətli raketlərindən biri sayılır.

SEPAH bildirir ki, “yer-yer” tipli bu raket ikimərhələli sturuktura malikdir. Onun ilk sınaq prosesi 2008-ci ildə həyata keçirilib.

Xatırladaq ki, İran daha öncə ötən ilin iyununda İsraillə baş verən hərbi qarşıdurmalar zamanı da “çiçəklər”dən istifadə etmişdi.