ABŞ Senatı Prezident Donald Trampın rəhbərliyi ilə İrana qarşı həyata keçirilən hücumların dayandırılmasını tələb edən qətnaməni rədd edib.
“Qafqazinfo”nun xəbərinə görə, səsvermə zamanı qətnamənin əleyhinə 50, lehinə isə 49 senator səs verib.
Respublikaçı senatorların əksəriyyəti qətnamənin əleyhinə çıxıb. Demokratlar arasında isə Pensilvaniya senatoru Con Fetterman qətnaməyə qarşı səs verən yeganə senator olub.
Qətnamə iyul ayında Nümayəndələr Palatasında 214 səs lehinə, 208 səs əleyhinə olmaqla qəbul edilmişdi.
Son xəbərlər
Son Xəbərlər