İranda 1 aya yaxındır internet yoxdur

iranda-1-aya-yaxindir-internet-yoxdur
Oxunma sayı: 435

İranda beynəlxalq internet şəbəkəsinə çıxış artıq 22 gündür ki, tamamilə kəsilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb.

Bildirilib ki, İslam Respublikası 528 saatdır dünyadan təcrid olunmuş vəziyyətdədir. Monitorinq xidmətinin məlumatına görə, ölkə artıq dördüncü həftədir ki, “oflayn” rejimindədir və qlobal şəbəkə ilə əlaqə minimum səviyyəyə enib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “CBS News”a verdiyi açıqlamada internetin məhdudlaşdırılmasını “təhlükəsizlik səbəbləri” ilə əsaslandırıb. O bildirib ki, davam edən hərbi təcavüz fonunda bu addım ölkənin daxili təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra regionda gərginlik pik həddə çatıb. Tehranın buna cavab olaraq İsrailə və Yaxın Şərqdəki Amerika bazalarına raket zərbələri endirməsi, həmçinin strateji əhəmiyyətli Hörmüz boğazını bağlaması dünya bazarlarında neftin qiymətini son dörd ilin ən yüksək səviyyəsinə qaldırıb.