İranda Azərbaycan əsilli rejissor barəsində həbs qərarı çıxarıldı

iranda-azerbaycan-esilli-rejissor-baresinde-hebs-qerari-cixarildi
Oxunma sayı: 926

Tehranda məhkəmə Azərbaycan əsilli tanınmış iranlı rejissor Cəfər Pənahi barəsində qiyabi bir il həbs cəzası çıxarıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı rejissorun vəkili Mustafa Neyli “X” hesabında açıqlayıb.

Onun sözlərinə görə, Pənahinin həmçinin 2 il müddətinə ölkədən çıxışına, ictimai və siyasi təşkilatlarda iştirakına qadağa qoyulub. 

Bildirilib ki, tanınmış rejissor İrandakı dini rejimə qarşı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edilib. 

İran mediası Pənahinin son zamanlar ölkə xaricində olduğunu yazıb.

Xatırladaq ki, bu ilin mayında C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.