İranda havanın çirklənməsi təhlükəli həddə çatdı

iranda-havanin-cirklenmesi-tehlukeli-hedde-catdi
Oxunma sayı: 797

İranın paytaxtı Tehranda havanın çirklənməsi kritik vəziyyətə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hava Keyfiyyətinin Ölçülməsi Şirkəti məlumat yayıb. Qeyd olunub ki, çirklilik təhlükəli bir səviyyəyə, 168 mikroqram/ kubmetrə çatıb.

Qurum vətəndaşların, xüsusilə də ağciyər, ürək xəstələrinin, yaşlı və uşaqların küçəyə çıxmamağı barədə xəbərdarlıq edib. Bildirilib ki, son günlər çirklənmə dəyəri artıb və vəziyyət qırmızı səviyyəyə qədər yüksəlib.

Qeyd edək ki, Tehran dünya şəhərləri arasında havanın çirklənməsinə görə 12-ci yerdədir.