İranda baş verən qar uçqunu nəticəsində 5 alpinist həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 4 alpinist isə xəsarət alıb. Onlar təcili xəstəxanaya yerləşdiriliblər.
Qeyd olunub ki, ölən alpinistlərin cəsədi yüksəkliyi 4150 metr olan dağ silsiləsindən tapılıb.