“İşə düzəltmək” adı ilə 12 minə yaxın pulunu ələ keçirdi - Həbs olundu

ise-duzeltmek-adi-ile-12-mine-yaxin-pulunu-ele-kecirdi
Oxunma sayı: 635

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11 500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.