İŞİD ÇL oyunlarında terror törətmək istəyir

isid-cl-oyunlarinda-terror-toretmek-isteyir
Oxunma sayı: 1874

İŞİD Avropanı UEFA Çempionlar Liqasının bu həftə keçiriləcək 1/4 final oyunlarında terror aktı törətməklə hədələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Məlumatda bildirilib ki, İspaniya Hökumət Komissiyası bu gün rəsmi iclas keçirəcək. Toplantıda əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı qərarlar qəbul ediləcək. 

Qeyd edək ki, bu gün Çempionlar Liqası 1/4 final mərhələsinin “Real” – “Mançester Siti” və “Arsenal” – “Bavariya” arasında ilk matçlar keçiriləcək.