İsmayıllıda tikilidə yanğın olub - Video

İsmayıllıda tikilidə yanğın olub
Oxunma sayı: 843

İsmayıllı şəhərinin Tofiq İsmayılov küçəsində yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, yanğın Natəvan Məmmədliyə məxsus köməkçi tikilidə baş verib

FHN-in yanğınsöndürmə qüvvələrinin müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.