İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın hərbi qanadından bir snayperi zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib.
“Qəzza zolağının şimalında İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi qanadından olan snayperi Abdullah Əl-Sutini məhv edib. Terrorçunun son günlərdəki hərəkətləri qoşunlar üçün təhlükə yaradırdı”.
Qeyd edilib ki, onu zərərsizləşdirmək üçün hava hücumu həyata keçirilib.
Son xəbərlər
Son Xəbərlər