İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu

istanbulda-hotelde-yangin
Oxunma sayı: 391

İstanbulun Bakırköy rayonunda hoteldə güclü yanğın olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istindən xəbər verir ki, 6 mərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın sonradan qısa zamanda yuxarı mərtəbələrə yayılıb.

Hadisə yerinə gəlmiş xilasedicilər yuxarı mərtəbələrdə qalmış 7 nəfəri təxliyə edib.

Yanğın nəticəsində xəsarət almış 12 nəfər xəstəxanalara yerləşdirilib.

Təxminən 1 saat davam edən yanğın söndürülüb.