İstabulda məktəbdə bıçaqlı hücum baş verib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Başakşehirdə qeydə alınıb.
15 yaşlı şagird bıçaqla 8 məktəblini yaralayıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisəni törədən məktəbli isə saxlanılıb.
***
Türkiyənin milli təhsil naziri Yusuf Tekin hücum zamanı yaralanan şagirdlərdən birinin vəfat etdiyini açıqlayıb.
İlkin məlumata görə, insidentə səbəb məktəblilər arasında baş verən dava olub.


Son xəbərlər
Son Xəbərlər