“İstəmirik ki, onların Venesuelada təsirləri olsun”

istemirik-ki-onlarin-venesuelada-tesirleri-olsun
Oxunma sayı: 1183

ABŞ-nin energetika naziri Kris Rayt ölkəsinin Venesueladakı hərbi əməliyyatlardan sonrakı strateji hədəflərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir “Fox Business” kanalına müsahibəsində danışıb.

O, rəsmi Vaşinqtonun Rusiya və İranın Venesuelada hər hansı əhəmiyyətli rol oynamasına imkan verməyəcəyini bildirib:

“Biz İranın, digər terror təşkilatlarının və Rusiyanın Venesuelada təsir imkanlarının olmasını istəmirik”.

Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusunun paytaxt Karakas və “Fort Tiuna” hərbi bazasına həyata keçirdiyi hücumdan sonra Prezident Donald Tramp Nikolas Maduro və həyat yoldaşının saxlanıldığını elan etmişdi.