Şəmkirdə istifadəsiz qalan binadan meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, ölən şəxsin rayonun Morul kənd sakini 1983-cü il təvəllüdlü Roman Həsənov olduğu müəyyənləşib.
Şəmkir Mərkəzi Xəstəxanasının köhnə binasında meyiti tapılan şəxsin içki aludəçisi olduğu və bu səbəbdən orada öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər