“iTicket”in rəhbərliyi polisə müraciət etdi

iticketin-rehberliyi-polise-muraciet-etdi
Oxunma sayı: 3216

Bilet satışı ilə məşğul olan “iTicket” şirkəti sosial şəbəkələrdə açılan bəzi səhifələrlə bağlı polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “iTicket” MMC-nin direktoru Kamran Abbasov Bakı Şəhər Baş Polis İdarəsinə müraciətində şirkətin adına çoxsaylı profil və səhifələrin açıldığını deyib. Saxta səhifələr vasitəsilə vətəndaşların aldadıldığını və MMC-nin nüfuzuna ziyan vurulduğunu bildirən K.Abbasov həmin səhifələri açan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Bakı Şəhər Baş Polis İdarəsi müraciəti ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinə istiqamətləndirib, araşdırmalar aparılır.

Nizam Rza